“Facebook” bu qaydaları pozdu – 2 milyon CƏRİMƏLƏNDİ

Almaniyanın Federal Ədliyyə İdarəsi “Facebook” sosial şəbəkəsini iki milyon avro məbləğində cərimələyib.

Milletinsesi.az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb “Facebook”un qanunazidd kontentlə iş haqqında hesabatlılığın dərc edilməsi qaydalarını pozmasıdır.

Almaniyanın sosial şəbəkələrdə hüquqi normaların tətbiqi haqqında qanunu rəqəmsal şirkətlərdən qanunu pozanlarla mübarizə haqqında hesabatlar tələb edir.

Hərçənd “Facebook”un 2018-ci ilin iyulunda təqdim etdiyi hesabat tam olmayıb.

Qərar hələlik qanuni qüvvəyə minməyib və şikayət edilə bilər.

Share: