Ukraynanın Kiyev vilayətindəki vertolyot qəzasında həlak olan daxili işlər naziri Denis Monastırskinin sonuncu dəfə çəkilən fotosu yayılıb.
Milletinsesi.az “Unian”a istinadən xəbər verir ki, fotunu onun müşaviri Anton Qeraşenko paylaşıb.
“Mərhum nazir Monastırskinin prezidentə Rusiyanın raket hücumu ilə Dneprdə öldürdüyü dinc sakinlər barədə son məruzəsi – bu, dünən olmuşdu… Ruhu şad olsun”, – deyə Qeraşenko yazıb.
Qeyd edək ki, vertolyotun uşaq bağçasına düşməsi və yanğınla müşayiət olunan faciəvi qəzada son məlumatlara əsasən, daxili işlər naziri və onun müavini, eləcə də Ukraynanın dövlət katibi də daxil olmaqla ümumilikdə 19 nəfər həyatını itirib, daha 29 nəfər isə yaralanıb.