Türkiyəli aktrisa Fahriye Evcen ilk dəfə oğlu Karanla fotosunu sosial şəbəkədə paylaşmışdı.
Axşam.az xəbər verir ki, gündəmə damğa vuran fotodan sonra Karana oyuncaq firmalarının birində çəkilməsi üçün 1 milyon lirəlik (təxminən 287 min manat) reklam təklifi gəlib.
Həmçinin şirkət, Karanın İnstaqram hesabında paylaşılacaq hər bir fotosuna görə 14 min manat, hekayə bölməsinə isə 4 min manat pul ödəməyə hazır olduqlarını bildirib. Fahriyə və həyat yoldaşı Burak Özçivit isə bu təklifi rədd ediblər.
Qeyd edək ki, ana-balanın fotosuna 50 dəqiqə ərzində yarım milyondan çox bəyənmə gəlmişdi.