ABŞ Avropanın 5 ölkəsində 150 nüvə başlığı və bombası saxlayır. Bunlardan 50-si Türkiyədə – Adanada yerləşən İncirlik hərbi bazasındadır.
Axar.az xəbər verir ki, bu barədə Belçikanın HLN nəşrinin ABŞ-ın NATO ölkələrindəki nüvə arsenalına dair paylaşdığı “gizli sənəd”də deyilib.
Nəşrin məlumatına görə, İncirlik bazasında 50 ədəd yenilənmiş B61-12 tipli nüvə başlığı saxlanılır (bu başlıqlardan biri Xirosimaya atılandan beşqat güclüdür).
NATO hesabatlarına görə, ABŞ bu ölkələrdə nüvə başlıqları saxlayır:
* Belçika – Kleyn Brogel aviabazası,
* Almaniya – Büşel bazası,
* İtaliya – Aviano və Gedi-Torre bazaları,
* Hollandiya – Volkel aviabazası,
* Türkiyə – İncirlik aviabazası.