Fazil Mustafanı yenidən əməliyyat gözləyir?

Fazil Mustafanı yenidən əməliyyat gözləyir?

“Sağlamlığımla bağlı problemim yoxdur. Ayağımda hər şey demək olar ki, düzəlib. Amma qolumdakı problem hələ də qalır”.

Moderator.az xəbər verir ki, bu sözləri lent.az-a ötən ay terrora məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat “Yenidən əməliyyat gözlənilirmi?” sualına belə cavab verib:

“Qolumun yenidən əməliyyat olunması, 2 həftədən sonra bilinəcək. Hələ ki, problem qalır. Amma ayağım tam sağalıb. Qaydasındadır”.

Millət vəkili işə nə vaxt çıxacağını açıqlayıb:

“İnşallah, mayın 20-dən sonra işdə olacam. Qolumdakı problem iş prosesimə mane olmayacaq”.

Mənbə

Share: