Fermer və sahibkarların NƏZƏRİNƏ – Yeni qanun layihəsi hazırlanıb

Fermer və sahibkarların NƏZƏRİNƏ – Yeni qanun layihəsi hazırlanıb

“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Bitki sağlamlığı haqqında” qanun layihəsi hazırlanıb”.

Milletinsesi.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Aqrar Biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, qanun layihəsi fitosanitar sahədə institusional və normativ bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb:

“Qanun layihəsinin qəbul edilməsi fitosanitar sahədə şəffaflığın artırılmasına, dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsinə, fermer və sahibkarlar üçün aydın və proqnozlaşdırılabilən tənzimləmə mühitinin formalaşdırılmasına şərait yaradacaq. Bu sənəd ölkənin ixrac potensialının genişləndirilməsi və Azərbaycan Respublikasının beynəlxalq ticarətdə fitosanitar baxımdan etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Aygün Mirakif

Share: