Fevralın 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Əmək Məcəlləsinə əsasən, prezident, parlament və bələdiyyə seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə qeyri-iş günü olur.
Azərbaycanda fevralında 9-da keçiriləcək parlament seçkiləri bazar gününə təsadüf etdiyi üçün ictimaiyyətdə bazar ertəsinin, yəni ayın 10-nun qeyri-iş günü hesab edildiyi barədə müzakirələr gedir.
Məsələ ilə bağlı Milletinsesi.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, parlament seçkiləri bazar gününə düşdüyü üçün onun qeyri-iş günlərinə heç bir təsiri olmayacaq:
“Düzdür, Əmək Məcəlləsinin 105-ci maddəsinə görə, qeyri-iş günü seçki günlərinə düşən günlərdən biridir. Amma bu seçki günləri iş gününə düşdükdə qeyri-iş günü hesab edilir. Yalnız ölkədə qeyri-iş günü hesab edilən bayram günləri bazar günü ilə üst-üstə düşərsə, növbəti iş günü qeyri-iş günü olur. Parlament seçkiləri isə bazar gününə düşdüyü üçün bazar ertəsi qeyri-iş günü hesab edilməyəcək”.