Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Salyan rayonunda 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Milletinsesi.az nazirliyə istinadən xəbər verir ki, Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Araşdırma aparılır.