Fövqəladə Hallar Nazirliyinin (FHN) səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda dəyişikliklər edilir.
Milletinsesi.az Report-a istinadən xəbər verir ki, artıq bununla bağlı layihələr hazırlanıb.
Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-in səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihələrin hazırlanması istiqamətində görülən işlərlə maraqlanıb və tapşırıqlar verib.