Fövqəladə Hallar Nazirliyinin (FHN) 9 texnikası və 46 nəfər şəxsi heyəti Laçın rayonuna ezam olunub.
Modern.az xəbər verir ki, bu barədə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Nazir müavini qeyd edib ki, FHN əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.