FHN Nizami rayonundakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş güclü yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Milletinsesi.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 180 m² olan tikilinin (anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan tikinti materialları, yaxınlıqdakı birmərtəbəli evin xarici divarına quraşdırılan kondisionerin mühərriki yanıb, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Share: