Fidan bu qələbədə ölkəsinin XİN başçısı ilə görüşdü

Fidan bu qələbədə ölkəsinin XİN başçısı ilə görüşdü

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Milletinsesi.az xəbər verir ki, görüşdə tərəflər Qırğızıstan-Türkiyə əməkdaşlığının fəal inkişaf etdiyini, o cümlədən Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın 17-18 oktyabr tarixlərində Qırğızıstana səfərinin planlaşdırıldığını qeyd ediblər.

Bundan başqa, nazirlər cari vəziyyəti, ikitərəfli əlaqələrin dərinləşdirilməsi perspektivlərini və TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Share: