FİFA ilin ən yaxşı oyunçusuna verilən “The Best” mükafatına namizədlərin siyahısını açıqlayıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, namizədlər sırasında Tiaqo Alkantara (“Bavariya” / “Liverpul”), Kriştiano Ronaldo (“Yuventus”), Kevin De Brüyne (“Mançester Siti”), Robert Levandovski (“Bavariya”), Sadio Mane(“Liverpul”), Kilian Mbappe (PSJ), Lionel Messi (“Barselona”), Neymar (PSJ), Serxio Ramos (“Real”), Məhəmməd Salah, Vircil van Deyk (hər ikisi Liverpul”) yer alıb.
FİFA-nın ilin ən yaxşılarını mükafatlandıracağı mərasim 17 dekabrda onlayn keçiriləcək. “The Best”lə bağlı səsvermə 25 noyanr – 9 dekabrda gerçəkləşəcək. Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları, azarkeşlər və qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edəcək.
Xatırladaq ki, ötən il bu mükafatı “Barselona” nın hücumçusu Lionel Messi qazanıb.