
Filippində güclü zəlzələ baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ 7.3 bal gücündə olub.
Yeraltı təkanların episentri Qərbi Davao vilayətinin Sarangani şəhərindən təqribən 352 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı yerin 64 kilometr dərinliyində olub.
Ölən və yaralananlar barədə məlumat verilməyib.