Filippində sərnişin təyyarəsi radardan çıxıb

Filippinin Kauayan şəhərindən havaya qalxan Cessna 206 tipli sərnişin təyyarəsinin radarlardan itdiyi bildirilib.

Təyyarə havaya qalxdıqdan 1 saat sonra radarlardan itib.

Bildirilib ki, o, RPC 1174 reysi ilə İzabela ştatının Makonakon şəhərinə doğru hərəkət edib.

Aeroport əməkdaşlarının bildirdiyinə görə, saat 14:16-da yerdən havaya qalxan təyyarə saat 15:00-da Makonakona çatmalı idi.

Təyyarədə neçə nəfərin olduğu hələ məlum deyil.(qafqazinfo)

Mənbə

Share: