Filippinin şimalında Binolonan məntəqəsində dedi-qodu yasaqlanb. The Guardian-nın məlumatına görə, başqalarının qeybətini edərkən tutulanlara icbari iş və pul cəzası veriləcək. Bələdiyyə rəhbəri Ramon Guico həmin ərazidə bu səbəbdən daim münaqişə yaşandığı üçün Bələdiyyə Məclisinin belə bir tədbir gördüyünü bildirib.
«Dedi-qodunun çox nbvü var. Fəqət burdakı dedi-qodu ilə bağlı münaqişələrin çoxu mülk, pul və münasibətlər haqqındadır. Bu yasaqla söylədiyimiz hər şeydən məsul olduğumuzu xatırlatmaq istədim», – deyə o, bildirib.
Onun sözlərinə görə, qeybət olmayan yer daha bərəkətlidir, çünki insanların başqaları haqqında neqativ danışmaqdan başqa görəcək daha yaxşı işləri olduğuna inanır.
Qanuna əsasən, qeybət edərkən saxlanılan, yaxud böhtan yayarkən tutulanlara ilk olaraq 200 peso pul cəriməsi və 3 saat zibil toplama cəzası veriləcək. İkinci dəfə saxlanılanlara isə 1000 peso pul cəzası kəsiləcək və 8 saat məcburi işə təhkim olacaq.
Yasağın ifadə azadlığını pozduğunu düşünmədiyini vurğulayan Guico, yeni qanunun insanları böhtandan qoruduğunu bildirib.
Qeyd edək ki, qanun əvvəlcə Capas qəsəbəsində tətbiq edilib, uğurlu nəticədən sonra ətrafda 7 kənddə həyata keçirilib./faktxəbər