Finlandiya bu tarixdə NATO-ya üzv olacağını düşünür 

Finlandiyanın müdafiə naziri Antti Kaykkönen ölkəsinin gələn ilin yayına kimi NATO-ya üzv olacağını düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

 

Kaykkönenin fikrincə, Finlandiyanın NATO-ya üzv olması alyansın 2023-cü il iyulun 11-12-də keçiriləcək Vilnüs sammitindən əvvəl baş verə bilər.

 

Nazir Finlandiyanın NATO-ya üzvlük meyarlarına cavab verdiyini və Finlandiya, İsveç və Türkiyənin Madrid sammitində imzaladığı anlaşma memorandumuna sadiq olduğunu vurğulayıb.

 

“Düşünürəm ki, Vilnüs sammiti zamanı Finlandiyanın NATO-ya üzv olacağına inanmaq üçün kifayət qədər əsaslar var”, – o qeyd edib.

 

Akif İsmayılov 

Mənbə

Share: