Finlandiya prezidenti: Avropa Rusiya ilə birbaşa danışıqlar aparacaq

Finlandiya prezidenti: Avropa Rusiya ilə birbaşa danışıqlar aparacaq

Avropa ölkələri Ukrayna münaqişəsinin həlli mərhələlərindən birində Rusiya ilə birbaşa əlaqə saxlamağa məcbur olacaqlar.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Finlandiya prezidenti Alexsandr Stubb deyib.

Finlandiya lideri “Politico”ya müsahibəsində deyib: “Həmin an gələndə, hansısa mərhələdə razılaşdırılmalı olacaq.

Stubb qeyd edib ki, hələlik ABŞ-ın danışıqlarda aparıcı rolundan razıdır. Onun sözlərinə görə, Vaşinqton yeni anti-Rusiya sanksiyalar paketi tətbiq etməli və Moskvaya təzyiqləri davam etdirməlidir.

“Növbəti addım sanksiyalar olmalıdır” , Finlandiya prezidenti qeyd edib.

O, Ukraynada atəşkəsin hazırda qeyri-mümkün olduğuna inandığını da vurğulayıb.

Share: