Finlandiya Prezidenti: “İran mənim müharibəm deyil”

Finlandiya Prezidenti: “İran mənim müharibəm deyil”

Şimali Atlantika Təşkilatı liberal dünya nizamını müdafiə edən Qlobal Şimala və sövdələşmələrə üstünlük verən Qlobal Qərbə bölünüb.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Finlandiya Prezidenti  Alexander Stubb Politico-ya müsahibəsində deyib:

“Yəqin ki, biz transatlantik tərəfdaşlıqda qırılma yox, çatlaq görürük. Beləliklə, Qlobal Şimal liberal dünya nizamının müdafiəsi rolunu öz üzərinə götürür, Qlobal Qərb isə daha çox tranzaksiyaya meylli ABŞ-a çevrilir. Bu, sadəcə bir reallıqdır”.

Stubb iddia edib ki, avropalı siyasətçilər Yaxın Şərqdə ABŞ prezidenti Donald Trampı dəstəkləmək üçün bir araya gəlmək məcburiyyətində deyillər.

“Bu, bir az sərt səslənə bilər, lakin İran mənim müharibəm deyil. Ukrayna mənim müharibəmdir”, – Finlandiya dövlət başçısı izah edib.

Əvvəllər Tramp dəfələrlə ABŞ-ın NATO müttəfiqlərini İran ətrafındakı vəziyyətlə bağlı fəaliyyətsizlikdə günahlandırıb, lakin Vaşinqtonun onların yardımı olmadan bunu edə biləcəyini vurğulayıb.

Share: