Finlandiya Rusiya ilə sərhədlərinə hasar çəkir

Finlandiya Rusiya ilə sərhədlərinə hasar çəkir

Finlandiya Rusiya ilə sərhəddə hasar tikintisinə başlayır.

 

Modern.az “Yle” portalına istinadən xəbər verir ki, İmatra sərhəd-keçid məntəqəsinin hər iki tərəfində işlərə başlanılıb. Burada hasarın 3 kilometrlik hissəsi tikiləcək.

 

“Hasar genişmiqyaslı hücum ehtimalının qarşısını almayacaq və finlər bunu başa düşür, amma bu cür tədbirlər Rusiyanın gələcəkdə dağılmasına və qaçqın axınına hazırlıq xarakteri daşıyır”, – deyə qeyd olunub.

 

Xatırladaq ki, Ukrayna ilə müharibə başladıqdan sonra ilkin dövrlərdə Rusiyadan Finlandiyaya quru sərhədləri vasitəsilə miqrant axını yaşanmışdı.

Mənbə

Share: