Firudin Qurbanov: “Süni intellektin sürətli inkişafı dünyaya və ekologiyaya mənfi təsir edir

Firudin Qurbanov: “Süni intellektin sürətli inkişafı dünyaya və ekologiyaya mənfi təsir edir

Süni intellektin (Sİ) sürətli inkişafı dünyaya və ekologiyaya mənfi təsir edir”.

Milletinsesi.az Oxu.Az-a istinadən xəbər verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda elmi-praktik konfransda bildirib.

O bildirib ki, Sİ üçün data mərkəzləri yaradılmalıdır:

“Bu mərkəzlərin sayı artmaqdadır. 2012-ci ildə dünyada cəmi 500 min mərkəz var idi ki, hazırda onların sayı səkkiz milyonu keçir. Bunun da ekologiyaya mənfi təsiri var. Birincisi, bu mərkəzlər enerji istifadə edir. İrlandiyada 2026-cı ildə istifadə olunan enerjinin 35 faizi data mərkəzlərinə istifadə ediləcək. Bu proses davam edir. Sİ ilə bağlı xüsusi avadanlıqlar, məsələn, iki kiloqramlıq kompüterin hazırlanması üçün 800 kiloqram xammal tələb olunur. Eyni zamanda, xüsusi elementlər istifadə olunur. Bunlar gələcəkdə ekologiyaya mənfi təsir edəcək”.

O bildirib ki, ETN olaraq əsas vəzifələri bu sahədə kadrların hazırlanmasıdır:

“Həmçinin digər vəzifəmiz müvafiq elmi araşdırmaların aparılmasıdır. Biz məktəblərdə uşaqların Sİ sahəsində məlumatlı olmağı ilə bağlı layihələr həyata keçiririk. Bizim ekoloji məktəblərimiz də var ki, orada uşaqlar Sİ ilə bağlı əsas məlumatları əldə edirlər”.

Aqil Vəlili

Share: