Modern.az saytı Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, iki dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı və “Humay” mükafatı laureatı, AYB-nin Dramaturgiya bölməsinin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru, “Teatr” jurnalının təsisçisi, Azərbaycan Kinematoqrafçılar İttifаqının, Fəlsəfə Cəmiyyətinin, Jurnalistlər Birliyinin və Qafqaz Yazıçılar Klubunun üzvü, yazıçı-filosof Firuz Muatafa ilə müsahibəni təqdim edir.
– Firuz müəllim, işləriniz necədir?
– Mənim işim yazmaq və mütaliə etməkdir… Təbii ki, bu işlərin arasında müşahidə, müsahibə, mübahisə, özünütəhlil, özünüittiham, özünütənqid, “özümləiclas” da olur… Məişət qayğıları da ki, öz yerində.
– Məişət demişkən… Doğrusu, mən yaradıcı adamlarla apardığım söhbətdə bir çox hallarda yaradıclığıla yanaşı onların həyat-məişət şəraiti ilə bağlı daha çox suallara üstünlük verirəm. İstərdim ki, bu müsahibədə də sizin həyatınızın “görünməyən tərəfinə” bir az işıq tutaq…
– Hmm… Bu, bir az çətin sualdır. Daha doğrusu, bu və buna bənzər suallara cavab vermək çətindir.
– Birbaşa konkret suala keçirəm: eviniz varmı? Başqa sözlə, indiyəcən, dövlət sizə ev veribmi?
– Mən də konkret cavab verirəm: indiyəcən, yəni nə sovet, nə də müstəqillik dönəmində dövlətdən ev almışam.
– Səbəb nədir?
– Ən başlıca səbəb… Mən üç dəfə gənc mütəxəssis kimi ev ala bilərdim: zavodda çalışanda, ali məktəbi bitirəndə, aspiranturanı başa vuranda…
– Bəs niyə almamısınız?
– Mən uzun illər orta və ali məktəblərdə, habelə aspiranturada dərs demişəm. Özümə söz vermişəm ki, tələbənin cibinə girməyim, yəni rüşvət almayım. Və heç kəsə də rüşvət verməyim… Sözün qısası, əvvəllər “əlaqədar idarə və şəxslərə” qəti şəkildə “şirinlik” verməkdən imtina etdiyimə və ya “hörmət” etmədiyimə görə mənzil məsələm həll olunmadı… Sonra ortaya “Qarabağ məsələsi” düşdü… Qaçqınlar, köçkünlər, evsiz- eşiksizlər… O vaxtkı biz gənclərin mübarizəsi… Düzü, ev üçün kiməsə müraciət etməyi özümə rəva bilmədim. Ayıbdır, camaatın çoxu çöldə-bayırda yatır, sənsə ev davası döymək istəyirsən- belə düşünürdüm…
– İndi ki, evsiz qaçqın-köçkünlərin çoxunun bu problem həll olunub….
– Şükür, həll olunub, bəli… Sevinirəm. Bildiyiniz kimi mən uzun illər ədəbi fəaliyyətlə yanaşı elmi, pedaqoji, publisistik və bədii yaradıcılıqla da məşğul olmuşam ….
– Deməli, Sizi Təhsil Nazirliyi də, Elmlər Akademiyası da, Mətbuat Şurası da, Yazıçılar Birliyi də mənzillə təmin edə bilərdi…. Bildiyimə görə, üstəlik Kinematoqrfçılar və Jurnalistlər Birliyinin da üzvüsüz…
– Bəli.
– Elə isə mənzillə təmin olunmamağınızda təqsir daha çox kimdədir?
– Belə görünür ki, özümdə…
– Nə mənada?
– Görünür, gərək vaxtında “şirinliklərini” verib məsələni yoluna qoyaydım… İndi dildə belə deyirəm, amma bilirəm ki, ürəkdən demirəm. Çünki əməli cəhətdən mən bacaran iş deyil bu…
– Bəs indiyəcən kimin evində yaşamısız?
– Mən tələbə ikən valideynlərimin aldığı “gecəqonduda”, sonralar isə qardaşımgildə yaşamışam… Uşaqlar böyüdü, təhsil aldı. Hazırda qızımla kürəkənim indi xaricdə təhsillərini davam etdirirlər, mənsə öz ailəmlə onların evində yaşayıram.
– Axı Siz həm də ölkədə tanınmış jurnalist, publisistsiz. Jurnalistlərə ev tikib verdilər…
-Bilirəm… Düz deyirsiz, mənim fəaliyyətimin mühüm bir hissəsi də mətbuatla bağlı olub. İndi sizə təqdim etdiyim kitabların siyahısına baxıb görürəm ki, 40-cildliyimin iki cildindən çoxunu publisistik yazılarım təşkil edir. Uzun illər AzTV-də populyar verilişlər (“İlğım”, “İdrak”, “Gənclik” və sair) aparmışam, “Azərbaycan gəncləri” qəzetinin xüsusi müxbiri olmuşam, “Maarifçi”, “Mədəniyyət” və “Tac” qəzetlərinin baş redaktoru olmuşam, hazırda “Teatr” jurnalının təsisçisiyəm… Düzü, həmişə elə bilirdim ki, məni bir gün çağırıb heç bir “əmmasız”, təmənnasız ev verəcəklər. Amma dostlarım dedilər ki, ərizəsiz mənzil verilmir. Sənədləri toplayıb ərizə ilə birgə “evverənlərə”, yəni Əli Həsənov cənablarının “kurasiyasında” olan quruma təqdim etdim.
– Alınmadı?
– Xeyr. Əlbəttə, ev bölgüsü zamanı bir neçə layiqli jurnalist mənzil aldı, bunu inkar etmək olmaz. Amma bu, çox cüzi bir hissəni təşkil edirdi. Çünki daha çox, o “evverənlər” (!) adları müxtəlif “sarı mətbuatda” qeyd edilmiş qohumlarına, yerlilərinə, məşuqələrinə, katibələrinə, sürücülərinə, ev qulluqçularına, uşaqlarının əskisini yuyanlara, arvadlarının “podruqalarına”, xülasə, öz qulbeçələrinə mənzil paylaşdırdılar. Bu tiplər arasında “evverənlərə” mirzəlik edənlər, onlara “əsərlər” yazanlar, onların “yazdığını” tərifləyənlər, bir sözlə, Əliyə-Vəliyə zurnaçılıq üdənlə və züytutanlar də yox deyildi. Deyə bilərsiz ki, mən bunları haradan bilirəm?… Əvvəla, mətbuatda bu barədə kifayət qədər yazılıb. İkincisi də, tikilən mənzillə bağlı qaldırlan cinayət işi, həbs olunan “mətbuat fədailəri” buna yaxşı misaldır.
– Yaxşı, bunu bildik… Siz həm də tanınmış yazıçı və dramaturqsuz. Bildilyimizə görə, yazıçılar üçün də bir neçə dəfə mənzillər tikilib…
– Dogrusu, artıq dediyim kimi, indiyəcən sadəlövhcəsinə düşünmüşəm ki, nə vaxtsa çağırıb mənə də mənzil təklif edəcəklər. Amma görünür səhv etmişəm. Bəli, yazıçılara mənzillər tikilir. Bu günlərdə hörmətli sədrimiz Anara ərizə ilə müraciət etmişəm. Orada da qeyd etmişəm ki, mən Sovet dönəmində və müstəqillik vaxtı dövlətdən mənzil almamışam.
– Sizcə kimlərə məzil verilməlidir?
– Belə hesab edirəm ki, yaradıcı təşkilatlarda, o cümlədən AYB-də kiməsə hər hansı etimad göstərərkən, mükafata təqdim edərkən, o cümlədən, mənzil verərkən bir MEYAR (kriteriya) əsas götürülməlidir. Bu meyarsa yalnız yaradıcılıqla bağlı ola bilər. Bu mənada, yaradıcılıq fəaliyyətinə başlayandan sonra kimin əsərlərinin daha çox nəşr edilməsi, xarici dillərə tərcümə olunması, pyeslərinin ölkə və xarici teatrların səhnəsində daha çox oynanılması məhz həmin meyara aid ola bilər. İndi bu dar macalda mən öz yaradıcılıq fəaliyyətim barədə geniş söhbət açmaq istəmirəm. Təkcə onu deyə bilərəm ki, 40-dan artıq pyesim ölkə daxilində və bir çox xarici teatrlarda tamaşaya qoyulub. Keyfiyyətini qoyuram hələ bir kənara, hesab edirəm ki, bizdə kəmiyyətcə bu qədər pyesi olan müəllif çox azdır. Və hər halda bu pyeslərin müəyyən bədii məziyyəti olub ki, belə çətin bir vaxtda tamaşaya qoyulub.
– Siyahıya nəzər salıram, təkcə son 5 ildə Türkiyə, Rusiya, İran, Özbəkistan və digər bir sıra ölkələrdə kitablarınız nəşr olunub, həmin məmləkətlərin teatrlarda pyesləriniz tamaşaya qoyulub. AYB-də dramaturgiya bölməsinin rəhbəri kimi əlinizdən gələni əsirgəməmisiniz. Sonuncu qurultayda müvafiq sahə ilə bağlı məruzə də Sizə məxsusdur.
– Əlbəttə, deyə bilmərəm ki, mən ən yaxşıların yaxşısıyam. Amma onu deyə bilərəm ki, zəhmətim-mənim Allahımdır. Təbii ki, bizim xalqımızın istedadlı yaradıcı övladları çoxdur.
– Sizin kitablarınızın sayı bəlkə də 100-dən çoxdur. Bəs bunların nəşri barədə nə deyə bilərsiz?
– Bildiyiniz kimi, əvvəllər, xüsusən Sovet dönəmində kitablar böyük tirajla nəşr edilirdi. Üstəlik, qonorar da verirdilər. Sonrakı illərdə də bir müddət kitab “aclığı” davam etdi. Mənim nəsr və dram əsərlərimin bir qismi Prezidentin sərəncamı ilə nəşr edilən çoxcildliklərə daxil edilib… Amma son illər kitaba maraq azalab. Bunun da obyektiv və subyektiv səbəbləri var. .. O ki qaldı mənim çoxcildliyimə -azərbaycanca 40 cild (üstəgəl on cild) və rusca altıcildlik əsərlərimə, onlar əsasən elektron formatdadır. Yalnız kitabxanalar üçün bir neçə kitab nəşr etdirmişəm. Açığı, kütləvi sayda kitab buraxdırmaq imkanım yoxdur… Düzü, indi qaldığım darısqal mənzildə də kitablarıma yer yoxdur. Buna görə kitabların çoxunu kisələrə yıımışam…
– Ailənizdə Sizin yaradıcılığınıza necə yanaşırlar?
– Normal. Ailəmizdə AYB-nin iki üzvü var. Oğlum Aqşin Mustafa Avropa və Asiya dillərindən (alman, ingilis, rus və türk) tərcümə ilə məşğul olur, ölkədə ən böyük ədəbiyyat portalının -“yazyarat.com”un yaradıcısıdır. Mənimlə birgə yaşayır. İndi səhhətində bir az problem var. Özüm ikinci qrup əliləm… Bildiyiniz kimi, yaradıcılığım bir çox rəsmi dövlət və ədəbi mükafatlara layıq görülüb. Madam ki, söhbət məişətdən düşdü… Mənim artıq 70 yaşım var. Əgər bu illər ərzində mənzil ala bilməmişəmsə, təbii ki, bundan sonra belə bir şansın olacağına ümidim azdır.
– Bəlkə kimlərləsə konfliktiniz olub?
– Ədəbi mühitdə mənim indiyəcən heç vaxt heç bir kəslə şəxsi ixtilafım olmayıb. Amma AYB-ni və Anarı müdafiə etdiyim üçün dəfələrlə tənqidə və hətta təhqirə məruz qalmışam. Bu tipli adamlara cavablarımın bir qismi dövri mətbuatda və hörmətli Anar müəllimə təqdim etdiyim bəzi kitablarda (xüsusən, “Əlahəzrət söz” məcmuəmdə) yer alıb.
– Sizin cari ildə 70 yaşınız tamam oldu. Bununla bağlı nəsə bir tədbir, bir törən keçirildimi?
– Xeyr. Gərək bununla bağlı kimlərəsə “saqqal tərpədəsən”. Etiraf edim ki, mən indiyəcən yubileylərimlə bağlı kimsəyə müraciət etməmişəm. Bunu heç xoşlamıram da. Ümumiyyətlə, bu tipli təntənələrin əleyhinəyəm. İndiyəcən yüzlərlə, minlərlə şagird, tələbə və aspiranta dərs demişəm. Onların hamsına ağız açsam haqqımda yazarlar. Amma mən heç vaxt kiməsə haqqımda yazmaq barədə eyham belə vurmamışam. Amma bununla belə barəmdə yazanlar yazanlar çox olub. Rus mətbuatında, habelə sosial şəbəkələrdə yazılanları isə iki kitabda toplamışam….
70 illiyimlə görkəmli ədəbiyyatşünas Bədirxan Əhmədov irihəcmli bir məqalə yazmışdı. Etiraz etdim. Amma buna rəğmən həmin yazını “Ədəbiyyat qəzeti”ndə çap etdirdi. Gərək ki, ikisəhifəlik yazı idi. Nə deyə bilərəm.? Sağ olsun. Öz istəyi, öz ürəyinin hökmü ilə yazıb… Təbii ki, üz vursaydım daha “iri ranqlılar” yazardı…
– Nə üçün belə yazılara etiraz edirsiniz?
– Nə üçün? Onunçün ki, hələ sağam, nə istəsəm yazdıra bilərəm. Bəs günlərin bir günü mən bu dünyada olmayanda o əsərlər haqda kimsə nəsə yazacaqmı? Ədəbiyyat həm də əbədiyyət deməkdir. Gərək o, müəllifin iradəsindən asılı olmayaraq öz “ömrünü” yaşasın. Bizdə nə qədər əsərlər var ki, müəllifi sağ olanda şedevr kimi təqdim edilib. Amma indi o əsərlərin çoxu heç maklaturaya və ya yumurta bükməyə də yaramır.
– Yenə qayıdaq mənzil-məişət məsələsinə… Sizcə, dövlət yazıçıya daim kömək etməlidir?
– Mən həmişə demişəm və arzulamışam ki, yazıçının əsərləri satılmalı, o, öz əməyinin dəyəri ilə (qonorarla) yaşamalıdır. Amma təəssüf ki, bizdə kitab bazarı hələ ölgün vəziyyətdədir. Dövlətimizin rəhbərliyi yaradıcı adamları, yeri gəldikcə mükafat və mənzillə təmin edir. Düşünürəm ki, belə olan halda layıq olan (və olmayan) adamlar mənzil alırsa, mən niyə almayım? Üstəlik, yoxlayan olsa, bu adamların əksəriyyətinin bir neçə mənzili var və ortada düz-əməlli bir əsəri yoxdur. Halal xoşları olsun… Sonra, demək olar ki, dünyanın bütün ölkələrində yazıçı (və ya yaradıcılıq) təşkilatları (sindikatlar, birliklər, idarələr) qətiyyən yaradıcı adamlara ağıl və ya istedad “paylamaqla” məşğul olmur. Onların demək olar ki, əksəriyyətinin vəzifəsi yaradıcı adamların məişət şəraitinin yaxşılaşmasına diqqət yetirməkdir. Mən bununla bağlı havadan danışmıram, onlarla ölkənin müvafiq nizamnamələrini oxuyandan sonra fikir söyləyirəm…
– Deyirlər ki, bizdə 2500 yazıçı var, mənzil üçünsə 250 ərizə verilib… Cəmi 25 yazıçıya mənzil verilməsi nəzərdə tutulur… Buna münasibətiniz necədir?
– Münasibətim çox əladır. Əgər dogrudan da bizdə çox demirəm 25 nəfər fasiləsiz, məhsuldar, sistemli yaradıcılıqla məşğul olan normal yazıçı tapılsa, onların hərəsinə iki mənzil vermək lazımdır: biri onların ailəsi, digəri özü üçün… İndi məcburam öz yaradıcılığımın, daha doğrusu, əsərlərimin natamam siyahısını təqdim edim. Kimin fəaliyyəti nəyə layiqsə, qoy o da öz obyektiv qiymətini alsın…
Sözün qısası, nəşr olunmuş və tamaşaya qoyulmuş əsərlərimin natamam siyahısını bu müsahibəyə əlavə edirəm.
Kim istəsə buyurub tanış olar, fikir yürüdər. Hətta, tənqidi mülahizələr də söyləyə bilərlər.
Kitabların və oynanılmış pyeslərin siyahısını bir az da uzatmaq olar. Amma zənnimcə buna ehtiyac yoxdur.
– Müsahibəyə və əsərlərinizin təqdimatına görə sağ olun.
-Sizə də təşəkkür edirəm.
Söhbətləşdi: Sədaqət Kamal
Bədii əsərləri:
“Göyəm коllаrı” (“Gənclik” nəşriyyatı, 1985)
“Dünyаnın rəngi” (“Gənclik” nəşriyyatı, 1989)
“Кəhrəbа” (“Elm fondu”nun nəşri, 1997)
“Bəhruz-Vətənə sipər оğul” (“Azərbaycan” nəş., 1997)
“Çəhrаyı tunеl” (“Şur” nəşriyyatı, 1999)
“Теаtr mеydаnı” (“Çaşıoğlu”, 2001)
“Аdsız” (“Adiloğlu” nəşriyyatı, 2001
“Sifət” (“Araz” nəşriyyatı, 2002)
“Buz üstə sətirlər” (“Araz” nəşriyyatı, 2003)
“Коmеdiyаlаr” (“Araz” nəşriyyatı, 2004)
“Qаrа qutu” (“Araz” nəşriyyatı, 2006)
“Dəniz köçü” (“Araz” nəşriyyatı, 2006) [1]
“Onluqlar” (“Araz” nəşriyyatı, 2008)
“…Qapı…” (“MBM” nəşriyyatı, 2008)
“13 hekayə” (“MBM” nəşriyyatı, 2008)
“Müqəvva” (“MBM” nəşriyyatı, 2009)
“Monohekayələr” (“MBM” nəşriyyatı, 2009)
“Qapı” (“Araz” nəşriyyatı, 2009)
“Dəniz köçü” (9 nəşr) (“Nurlan”və “Araz” nəşriyyatı, 2009-10)
“Hekayələr” (“MBM” nəşriyyatı, 2009)
“At günü” (“MBM” nəşriyyatı, 2009)
“Monopyeslər” (“Araz” nəşriyyatı, 2010)
“Çardaqda zirzəmi” (“MBM” nəşriyyatı, 2011)
“Sklerozlar üçün yaddaş” (Araz” nəşriyyatı, 2011)
“Daş üstə yazılmış sətirlər”(dördlüklər) (“MTR group” nəşriyyatı, 2014)
“Ölü dildə sevgi məktubları” (“Zero”nəşriyyatı, 2014)
“Hekayələr” (“MBM” nəşriyyatı, 2015)
“Poetik səsləşmələr” (“Teatr” jurnalına əlavə, 2017)
“Seçilmiş əsərləri” (1-ci cild) (“MBM” nəşriyyatı, 2016)
“Seçilmiş əsərləri” (2-ci cild) (“MBM” nəşriyyatı, 2017)
“Kəhrəba”, (“MBM” nəşriyyatı, 2018)
“Qum saatı”, (“MBM” nəşriyyatı, 2018)
“NƏSR” (roman və povestlər) (“Renessans-A” nəşriyyarı, 2019)
“Ədəbiyyat və əbədiyyət” (“Renessans-A” nəşriyyarı, 2019)
“Əlahəzrət söz” (“Renessans-A” nəşriyyarı, 2019)
“Çardaqda zirzəmi” (“Renessans-A” nəşriyyarı, 2019)
“Bir filosofun deyimləri” (“Renessans-A” nəşriyyarı, 2019)
“Fəlsəfə işığında” (“Renessans-A” nəşriyyarı, 2019)
“Sehrbaz” (“Renessans-A” nəşriyyarı, 2019)
“Hekayələr” (“Renessans-A” nəşriyyarı, 2019)
“Mini.Mono.Makro. Hekayələr” (GreenPrint House” , 2021)
“Durna ovu” (Pyeslər). (GreenPrint House” , 2021)
“TriO” (Nəsr.roman.povest.hekayə) (GreenPrint House”, 2021)
“Kişiləri qotuyun”. (“Renessans-A” nəşriyyarı, 2021)
“Su pərisi”. (“Renessans-A” nəşriyyarı, 2021)
“On pyes”. (GreenPrint House” , 2021)
“AntiPoeziya” (“Renessans-A” nəşriyyarı, 2019)
“Sütun” (“Renessans-A” nəşriyyarı, 2021)
“Vernisaj” (“Renessans-A” nəşriyyarı, 2021)
“Poetik tərcümələr” (“Renessans-A” nəşriyyarı, 2021)
“Gündəliklər” (“Renessans-A” nəşriyyarı, 2022)
“Mono” (“Renessans-A” nəşriyyarı, 2022)
“Cənnət çiçəyi” (“Renessans-A” nəşriyyarı, 2022)
*Firuz Mustafanın yaradıcılığı haqqında yazılmış monoqrafiya, tədqiqat, məqalə, qeyd, esse və ona ithaf olunmuş poetik parçalar (4 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020)
Rusca kitabları:
«Мир без граnиц» (“Diplomat” nəşriyyatı, 1999)
«Морское кочевье» (“Araz” nəşriyyatı, 2008, 164 s.)
«Пьесы» (“Nurlan” nəşriyyatı, 2008, 560 s.)
«…Дверь» (“Nurlan” nəşriyyatı, 2008, 384 s. )
«Фируз Мустафа в переводе Шахло Касумовой» («МВМ» nəşriyyatı , 2011, 120 s.)
«Манекен» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
«День лошади» (“MBM” nəşriyyatı nəşriyyatı, 2009)
«Подвал на крыше» (“MBM” nəşriyyatı nəşriyyatı, 2011)
«Поэтические ассоциации» (“Teatr” jurnalına əlavə, 2017)
«Парадоксальные пьесы» (Приложение к журналу «Театр», 2019)
«ПРОЗА» (романы. повести. hассказы) (“Renessans-A”.2019)
«Чародей» (пьесы) (“Renessans-A”.2019)
«ТриО» (Проза: роман.повесть.рассказ) (GreenPrint House” , 2021)
«Обо мне» (“Renessans-A”.2021)
*Фируз МУСТАФА “ИЗБРАННОЕ”. (Избранное в 6-ти томаx) (“Renessans-A”.2020)
İngiliscə kitabları:
“A sea nomad” – (“Araz” nəşriyyatı, 2010)
“The Amber, a true friend”- (“Elm fondu”nun nəşri, 1997)
Tərcüмə etdiyi kitablar:
“Putin. Birinci şəxsdən” (“Diplomat” nəşриyyatı, 2000)
“Poeziya nümunələri” (Teatr jurnalına əlavə, 2012)
“Poetik tərcümələr” (“Renessans-A” nəşriyyarı, 2022)
Tərtib etdiyi kitablar:
«Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)
“Yaşamaq sənəti. Təbiətin resepti” (“Renessans-A” nəşriyyarı, 2019)
Rusiyada şap olunmuş kitabları:
“Райский цветок” (“Cənnət çiçəyi”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
«Подвал на крыше» (“Çardaqda zirzəmi”), Rusiya Federasiyası, Yekaterinburg., 2018
“Мир без границ” (“Sərhədsiz dünya”), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“Морское кочевье” (“Dəniz köçü”-rusca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“Nomade Maritime” (“Dəniz köçü”-fransızca), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“A Sea Nomad” ((“Dəniz köçü”-ingiliscə), Rusiya Federasiyası, Yekaterinburg,. 2018
“Дверь” (“Qapı”), Rusiya Federasiyası, Yekaterinburq,. 2018
Türkiyədə nəşr olunmuş kitabları:
“Deniz kervanı” (“Asmaaltı Yayınevi”.,2022)
“Tarafsız bölge” ( “Anatolya kitab”., 2022)
“Savaş fasli” (“Renessans-A”., 2022)
İranda çap olunmuş kitabları:
“QAPI” romanı (Tehran., 2000)
“Çardaqda zirzəmi” (farsca) İran İR, Tehran, 2017
“Marian çökəkliyi” (farsca) İran İR, Tehran, 2017
“Dəniz köçü” (İran.Tehran. Ərəb əlifbası ilə Azərbaycan dilində)
Özbəkistanda nəşr olunan kitabı:
“Dengiz kochmanchıları” (“Dəniz köçü”-özbəkcə) Özbəkistan Respublikası, Dashkənd.,”İstiqlol nuri”, 2018
F.Mustafaya həsr olunmuş kitablar:
«Посвящается тебе, Фируз Мустафа» (toplu) (2012)
“Sənə həsr olunur, Firuz Mustafa” (toplu) (2012)
Sabir Bəşirov “Firuz Mustafa: idrakla hissin vəhdəti”. (Ədəbi portret-monoqrafiya) (2012)
Babək Qurbanov “Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)” (2012)
Еlmi əsərləri:
“Mənəvi tələbаtın inкişаf diаlеktiкаsı” (“Elm” nəşrиyyatı, 1985)
“Yеnidənqurmа və demоkrаtiyа şərаitində tələbə və şаgirdlərin hüquqi və mənəvi tərbiyəsinin fоrmаlаşmаsı” (“APİ-nin nəşriyyatı”, 1987)
“Sərhədsiz dünyа” (“Diplomat” nəşriyyatı, 1999)
“Мədəniyyəт və fəlsəfə”(“Araz” nəşriyyatı, 2005)
“Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi” (“MBM” nəşriyyatı, 2011)
“Qloballaşma və mədəniyyət”(“Araz” nəşriyyatı, 2011)
“Fəlsəfə işığında” (“RENESSANS-A” nəşriyyarı, 2019)
“Mənəvi tələbat və bədii mədəniyyət” (Doktorluq dissertasiyası) (“Renessans-A” nəşriyyarı, 2019)
*Seçilmiş əsərləri (40 cilddə) (“Renessans-A” nəşriyyarı, 2020-2022)
40 cildliyə daxil edilmiş əsərlərin siyahısı:
1-ci cild: Pyeslər
Monopyeslər; 2-ci cild: Pyeslər; 3-cü cild: Pyeslər; 4-cü cild: Pyeslər; 5-ci cild: Pyeslər; 6-cı cild: Pyeslər; 7-ci cild: Pyeslər; 8-ci cild: Pyeslər; 9-cu cild: Pyeslər; 10-cu cild: Pyeslər; 11-ci cild: Pyeslər; 12-ci cild: Pyeslər; 13-cü cild:
Nəsr:
14-cü cild: Nəsr
Povestlər
15-ci cild: Nəsr; Povest və hekayələr; 16-cı cild: Nəsr Hekayələr 17-cı cild: Nəsr
Hekayələr; 18-cı cild: Nəsr. Detektiv povestlər 19-cu cild: Nəsr Detektiv roman
20-ci cild: Nəsr Detektiv roman
21-ci cild: Poeziya: Dördlülər və onluqlar 22-ci cild: Poeziya Köhnədəbli şeirlər
23-cü cild: Fəlsəfə. Monoqrafiya 24-cü cild: Fəlsəfə Essse ve məqalələr. 25-ci cild: Fəlsəfə Dissertasiya
26-cı cild: Ədəbiyyatşünaslıq Məqalə və esselər 27-cı cild: Ədəbiyyatşünaslıq Məqalə və esselər 28-cı cild: Ədəbiyyat və incəsənət. Məqalə və esselər
29-cu cild: İncəsənət. Məqalələr
30-cu cild: Ədəbiyyat. Müsahibələr
31-ci cild: Ədəbiyyat. Dialoqlar və müsahibələr
32-ci cild: Sənət. Söhbət və müsahibələr
33-cü cild: Publisistika. Məqalələr
34-cü cild: Publisistika. Məqalələr
35-ci cild: Tərcümələr. Poeziya
36-ci cild: Deyimlər. Buz üstə yazılmış sətirlər
37-ci cild: Deyimlər. Fikirforlar
38-ci cild: Deyimlər. Etüdlər
39-cü cild: Gündəm. Xatirə, gündəlik, etüd
40-cı cild: Qeydlər. Etüdlər, eskizlər
Избранное в 6-ти томах
“Renessans-A” 2020-22
Том I Романы. Том II Повесть и рассказы. Tом III Пьесы.
Tом IV Пьесы. Том V Пьесы Том YIФилософия.Поэзия.Афорзмы.
Kino
“Marsdan telefon zəngi” (bədii film) “Tədris-film”kinostudiyası, 2016
Teatrlarda tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri):
“Аğıllı Аdаm” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
“Qəfəs” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
“Таbut” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
“Vidа mаrşı” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
“Qаrа qutu” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
“Su pərisi” – Аzərbаycаn Dövlət Gənclər Теаtrı
“Мüqəvvа” – Nахçıvаn Dövlət Мusiqili Коmеdiyа Теаtrı
“Аğıllı Аdаm” – Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
“Мusiqili məкtublаr”- Şuşа Dövlət Мusiqili Коmеdiyа Tеаtrı
“Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında) Şuşа Dövlət МKT
“İlğım”- Lənkərаn Dövlət Drаm Tеаtrı
“Sеvməsən ölərəm”- Аğdаm Dövlət Drаm Tеаtrı
“Мüqəvvа”- «Yuğ» Dövlət Tеаtrı”
“Мüqəvvа”- Tədris Teatrı
“Musiqili məktublar”- Tədris Teatrı
“Ifritə”- Tədris Teatrı
“Əqrəb bürcü”- Tədris Teatrı
”Аyı təbəssümü”- Füzuli Dövlət Drаm Tеаtrı
“Dəhliz” – Мingəçеvir Dövlət Drаm Tеаtrı
“Adsız”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
“Vida marşı”- Мingəçеvir Dövlət Drаm Tеаtrı
“Sənə sözüm vаr”- Qаzах Dövlət Drаm Tеаtrı
“Qаrışqа tələsi “- Qаzах Dövlət Drаm Tеаtrı
“Neytral zona” – Qаzах Dövlət Drаm Tеаtrı
“Аdsız”- İrəvаn Dövlət Drаm Tеаtrı
“Əqrəb bürcü”- Sumqаyıt Dövlət Drаm Tеаtrı
“Tələ” – Sumqаyıt Dövlət Drаm Tеаtrı
“Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
“Аdsız”- Gənc Tаmаşаçılаr Tеаtrı
“Qadın həsrəti” (“Musiqili məktublar” pyesi əsasında)- GTT
”Аyı təbəssümü”- Qusar Ləzgi Dövlət Dram teatrı
“Vidа mаrşı” – Gəncə Dövlət Drаm Tеаtrı
“Tıхаc”- Gəncə Dövlət Nizаmi Pоеziyа Tеаtrı
“Pələng ili”- Gənc Tаmаşаçılаr Tеаtrı
“Sehrbaz” –Bakı Bələdiyyə Teatrı
“Maniken” (Müqəvva)- Rus Dövlət dram teatrı (Azərbaycanvə S-t Pet))
Xarci ölkələrdə tаmаşаyа qоyulmuş əsərləri (pyеsləri)
“Мüqəvvа”- «Oda» Tеаtrı (Türkiyə Respublikası)
“Neytral zona” – Dərbənd Azərbaycan Dövlət Dram teatrı (Rusiya Fedreasiyası)
“Sahibsiz adam” –KrımTatar Akademik Dövlət Musiqili Dram Teatrı
“Ağıllı Adam” – Dərbənd Azərbaycan Dövlət Dram teatrı (Rusiya Fedreasiyası).