
“Formula 2” üzrə Azərbaycan Qran-prisində sıralama turu keçirilir.
Modern.az xəbər verir ki, yarış saat 15:00-da start götürüb.
Qeyd edək ki, ikinci dərəcəli pilotların sərbəst yürüşündə ən yaxşı nəticəni “Prema Racing” komandasının pilotu Oliver Bearman göstərib. “Hitech” komandasının üzvü İsak Hacar ikinci olub. İlk üçlüyü “Campos Rasing”dən Kuş Maini tamamlayıb.
Aprelin 29-da “Formula 2″də sprint, bir gün sonra əsas yarış təşkil olunacaq.