Fransa Afrika ölkəsindəki hərbçilərini geri çəkdi

Fransa Afrikada keçirilən “Dun” əməliyyatında iştirak edən hərbçilərini Malidən çıxarıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, ölkə Fransa terrorla mübarizəni dayandırmaq fikrində deyil.

Yanvarda Malidə çevirilişlə hakimiyyətə gələn hökumət Fransadan ordunu geri çəkməyi tələb edib. Fransa prezidenti Emmanuel Makron qiyamçıların təhdidləri ilə əlaqədar qoşunların saxlanmasını və gücləndirilməsini istisna etməyib.

Fransa prezident administrasiyasının fikrincə, bu, Malidə terrorla mübarizənin başa çatması demək deyil. Fransa Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) və region dövlətlərinin siyasi, mülki və hərbi səylərini dəstəkləyəcək.

Akif İsmayılov 

Mənbə

Share: