Fransanın “Eyr Frans” aviaşirkəti Belarus üzərindən uçuşları dayandırıb.
Millətin Səsi.az xəbər verir ki, bu məlumatı BFM TV yayıb. Aviaşirkətin belə qərarına “Ryaneyr” təyyarəsi ilə bağlı insident səbəb olub.
Qeyd edək ki, bundan öncə “Ryaneyr” təyyarəsi Belarusun hava məkanında olarkən bomba bəhanəsi ilə hava limanına endirilmiş və təyyarədəki müxalif bloger Roman Protaseviç həbs edilmişdi.