“Fransa bir qrup erməni və ermənipərəst qüvvələrin girovuna çevrilib”

“Fransa bir qrup erməni və ermənipərəst qüvvələrin girovuna çevrilib”

Nəsib Məhəməliyev: “Azərbaycandakı fransız şirkətlərinin fəaliyyəti məhdudlaşdırıla bilər”

 

“Fransa senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə onu ikili standartların təzahürüdür və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması deməkdir”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Fransanın təzyiq siyasəti heç bir səmərə verməyəcək:

 

“ Fransa hansı əsaslarla Azərbaycana qarşı sanksiya tələb edir? Lokal anti-terror tədbirlərinin nəticələrini BMT başda olmaqla, Ermənistan qarışıq bütün dövlətlər tanıyır, Fransa yox. Bu ölkənin hökuməti, senatı, milli assambleyası təkrar-təkrar ,,erməni məsələsini,, gündəmdə saxlamaqla, ucuz alver predmetinə çevirib. Makron Fransasının apardığı irqçi, islamofob, türkəbob siyasətin nəticəsidir ki, Afrika, ölkələrindən biabırcasına qovulur. Fransa kimi keçmişi olan dövlət, bir qrup erməni və ermənipərəst qüvvələrin girovuna çevrilib. Hansı addımı atırsa, iflasa uğrayır. 44 günlük müharibədə və ondan sonra BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sanksiyaların qəbul edilməsinə çalışırdı. Hətta, Qarabağdan işğalçı erməni silahlı dəstələrinin çıxarılması ilə qəbul edilmiş qətnamələrin ləğvinə cəhd edirdi. Alınmadı. Makronun təxribatları beynəlxalq birlik tərəfindən dəstəklənmədi. Prezident İlham Əliyevin dəqiqliklə apardığı siyasət nəticəsində, Makron vasitəçilik missiyasından da kənarda qaldı.

 

Fransanın təzyiq siyasəti müsbət nəticə verməyəcək. Əksinə, iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələr minimuma endiriləcək. Azərbaycandakı fransız şirkətlərinin fəaliyyəti məhdudlaşdırıla bilər. Azərbaycan dövlət sifarişi ilə əlaqəli iqtisadi layihələrə Fransa şirkətləri buraxılmayacaq. Aktivləri dondurula bilər.

 

Beynəlxalq müstəvidə, müxtəlif dövrlərdə Əlcəzairdə, Ruandada, Vetnamda, Cibutidə, Malidə, Nigerdə törətdikləri qətliamlara görə, Fransaya qarşı sanksiyaların qəbul edilməsi, kompensasiya tələb oluna bilər.

 

Azərbaycan, hərtərəfli inkişaf etmiş, güclü ölkədir. Biz Milli Məclisin Beynəlxalq Münasibətlər və parlamentlər arası əlaqələr komitəsi olaraq, Fransa senatının qətnaməsinə adekvat olaraq, Bəyanat qəbul etmişik. Düşünürəm ki, hökumətin müvafiq strukturları tərəfindən, Fransanın ölkəmizə yönəlik düşmənçilik siyasətinə qarşı təsirli tədbirlər görüləcəkdir”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: