Fransanın Tehrandakı səfiri Nikolas Roş İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Millətin Səsi.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən açıqlamada səfir Roşun Fransanın xarici işlər naziri Ketrin Kolonnanın parlamentdə İranda baş verən hadisələrlə bağlı İran əlehinə etdiyi çıxışna cavab olaraq Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.
Açıqlamada Paris rəhbərliyinin İrana qarşı əsassız ittihamları pisləndiyi və bu ittihamların qəbuledilməz olduğu bildirilib.
Bəyanatda Fransa və bəzi Avropa ölkələrinin insan haqları məsələsindən sui-istifadə etdiyi vurğulanıb və bu ölkələrin millətlərin hüquqlarına zidd təktərəfli və məcburi yanaşmalara əl ataraq insan haqları iddiaları irəli sürmək səlahiyyətinin olmadığı bildirilib.
Fransa səfiri Roşun məsələni Paris rəhbərliyinə çatdıracağnl bildirib.