Fransa səfirliyinə “sürpriz hədiyyə” – Ölü siçan və hörümçək

Fransa səfirliyinə “sürpriz hədiyyə” – Ölü siçan və hörümçək

Fransanın Rusiyadakı səfirliyinə içində ölü siçan və hörümçək olan bağlama göndərilib.

 

Modern.az xəbər verir ki, bu haqda “RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, paket səfirliyə keçən həftə gəlib. Bağlamanı göndərən şəxs Krımdan olan Notariani adı ilə siyahıya salınıb.

 

Səfirlik hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib.

Mənbə

Share: