Fransa səmasında da naməlum obyekt göründü

ABŞ-dan sonra Fransa səmasında da naməlum obyekt görünüb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, sonradan obyektin kiçik ölçüyə malik olan meteorid olduğu məlum olub.

 

 

Kosmosdan gələn parlaq “odlu şar” 1 metr uzunluğa malik olub. Bildirilib ki, onun yerə düşməsi önəcədən proqnozlaşdırılabilən olsa da, bu kiçik kosmik cismin ölçüsü nəzərə alınarsa, onun yerə çırpılmasından əvvəl görünməsi təəccüblüdür.

 

 

Qeyd edək ki, bundan əvvəl ABŞ səmasında da naməlum obyekt peyda olmuşdu. Onun Çinə məxsus casus şarı olduğu aşkarlandıqdan sonra vurulduğu barədə məlumat verilmişdi.

Mənbə

Share: