Fransa prezidenti Emmanuel Makron Tayvan mövzusunda mübahisəli müsahibəsinin ardınca ABŞ-ın müttəfiqi olmağın “vassal” olmaq demək olmadığını söyləyib.
Bu barədə o, Hollandiyaya dövlət səfərinin sonunda Amsterdamda keçirilən mətbuat konfransında deyib.
“Müttəfiq olmaq vassal olmaq demək deyil… bu, bizim özümüz haqqında düşünməl haqqımızın olmadığı anlamına gəlmir”, – Makron bildirib.
Makron həmçinin deyib ki, “Fransa Tayvanda mövcud status-kvonun tərəfdarıdır” və “vəziyyətin sülh yolu ilə həllinə” çalışır.