Fransa Ukraynaya 3 raket sistemi göndərəcək 

Fransa Ukraynaya 3 raket sistemi göndərəcək 

Fransa Ukraynaya üç ədəd LRU M270 adlı raket sistemləri göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə BBC xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, qərar müttəfiqlərinin Ukraynaya hərbi dəstək üçün yaradılan Ramşteyn formatında görüşü zamanı qəbul edilib.

 

Bu raket sistemləri Ukrayna ordusunun istifadə etdiyi HIMARS qurğularının modernləşdirilmiş analoqudur.

 

Açıq mənbələrdə olan məlumata görə, Fransa ordusunda 12 ədəd LRU M270 raket sistemi var. Daha 40 modernləşdirilməmiş LRM M270 sistemi anbarlarda saxlanılır.

 

Akif İsmayılov 

Mənbə

Share: