Fransa və Britaniya əks-hücumda Ukraynaya kömək edəcək

Fransa və Britaniya əks-hücumda Ukraynaya kömək edəcək

Fransa və Böyük Britaniya Ukraynaya əks-hücuma keçməyə kömək etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə birgə mətbuat konfransında deyib.

 

“Yaxın müddətdə bizim istəyimiz Ukraynaya əks-hücuma başlamaqda kömək etməkdir”, – Makron bildirib.

 

Qeyd edək ki, Ukrayna rəsmiləri qarşıdakı aylarda əks-hücuma keçəcəklərini açıqlayıblar.

Mənbə

Share: