Fransa XİN Azərbaycana təşəkkür edib

Fransa Xarici İşlər Nazirliyi(XİN) Azərbaycana təşəkkür edib.

Bu barədə Fransa XİN-in “Twitter” səhifəsində bildirilib.

“Təşəkkürlər Azərbaycan! Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağının proyeksiyası həmrəyliyin ifadəsidir”, – deyə qeyd olunub.

Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşıAzərbaycanınbeynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.

Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Share: