Fransada 1 milyon insan ETİRAZA QALXDI

Fransada 1 milyon insan ETİRAZA QALXDI

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatına qarşı ümummilli mitinq və yürüşlər keçirilir.

 

Modern.az AFP agentliyinə istinadən xəbər verir ki, Fransa polisi ölkə ərazisində keçirilməsi planlaşdırılan 230 nümayişdə 800 min -1 milyon insanın iştirak edəcəyini, təkcə Parisdə 100 min etirazçının toplanacağını bildirib.

 

Qeyd olunun ki, bugünkü etiraz həftə ərzində ikinci, ilin əvvəlindən bəri isə yeddinci aksiyadır. Bundan əvvəlki aksiya martın 7-də keçirilib və ölkə üzrə 1 milyondan çox şəxs iştirak edib.

 

Bu gün Parisdə yürüşün başlamasından iki saat sonra etirazçılar polislə toqquşub. Hüquq-müharizə orqanları aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

 

BFMTV-nin bu gün dərc etdiyi rəy sorğusu göstərir ki, fransızların 63%-i pensiya qanunu əleyhinə etirazları bəyənir.

Mənbə

Share: