Fransada fövqəladə sanitar vəziyyət elan olundu

Fransa parlamenti ölkədə koronavirus pandemiyasına görə fövqəladə sanitar vəziyyət elan edib.

Bu barədə “Monde” qəzeti məlumat yayıb.

Parlamentin aşağı palatası qanun layihəsini ilk oxunuşda qəbul edib. Bundan sonra sənədə deputat və senatorlardan ibarət qarışıq komissiya baxıb.

Qanun hökumətə vətəndaşlarınazadlıqlarını iki ay müddətinə məhdudlaşdırmaq hüququ verir.

Qanuna görə, karantin qaydalarını pozan vətəndaşlar 135 avro dəyərində cərimələnəcəklər. İki həftə ərzində qaydaları təkrar pozan vətəndaşlar 1500-3000 avro dəyərində cərimə ödəməli olacaqlar. Əgər vətəndaş bir ay ərzində üç dəfə karantin qaydalarını pozarsa, onu altı aylıq həbs və 3750 avro cərimə gözləyir.

Share: