Fransada koronavirusdan ölənlərin sayı artmaqda davam edir.
TASS xəbər verir ki, bu xəstəlik səbəbindən dünyasını dəyişənlərin ümumi sayı 10 mini keçib.
Ölkənin Səhiyyə departamentinin baş direktoru Jerom Salomon mətbuat konfransında bununla bağlı açıqlama verib.
O bildirib ki, martın 1-dən bəri koronavirusa yoluxanlar arasında 10328 ölüm qeydə alınıb.
Daha 30 minə yaxın insan xəstəxanalardadır.