Fransada mövsümün ən yaxşıları

Fransa Liqasında 2018/19 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Qol.az xəbər verir ki, Fransa Futbol Federasiyasının versiyasına əsasən PSJ-nin hücumçusu Kilian Mbappe mövsümün ən yaxşı oyunçusu seçilib. 20 yaşlı hücumçu  bu mövsüm Fransa Liqasında 28 qarşılaşmada 32 qol vurub.

Digər nominasiyaların qalibləri isə aşağıdakılardır:

Ən yaxşı baş məşqçi – Kristof Qaltye (“Lill”)

Ən yaxşı qapıçı – Mayk Menyan (“Lill”)

Ən yaxşı qolun müəllifi – Loik Remi (“Lill”)

Ən yaxşı hakim – Kleman Tyürpen

Ölkə xaricində oynayan ən yaxşı fransız futbolçu – Kərim Benzema (“Real)

Share: