“Fransadakı iğtişaşlar digər ölkələrə yayıla bilər”

İtaliyanın xarici işlər naziri, baş nazirin müavini Antonio Tayani Fransada kütləvi iğtişaşların fransızdilli ölkələrə yayılacağı riski barədə xəbərdarlıq edib.

 

XİN rəhbəri bunu “Rai3” telekanalının efirində bildirib.

 

“Biz bu zorakılığın yağ ləkəsi kimi İsveçrə və Belçikaya yayılmasının qarşısını almalıyıq”, – deyə Tayani bildirib.

 

Diplomat qeyd edib ki, qətlə yetirilən gəncin nənəsi Fransada etiraz aksiyaları ilə bağlı sülh çağırışı edib. Bundan əlavə, XİN rəhbəri hesab edir ki, etirazlara rəvac verən şəxslər təcrid olunmalıdır. A.Tayaninin qənaətincə, iğtişaşlarda manipulyasiya elementi hiss olunur.

 

Qeyd edək ki, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı son üç gündə Fransa polisi 3200 nəfəri saxlayıb. /Report/

 

Mənbə

Share: