Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir.”BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur”, – bəyanatda qeyd olunub.