
“Fransanın İrəvana dəstəyi Ermənistanın özü üçün təhlükəlidir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ermənistanın mövcud vəziyyətdən çıxış yolunun Azərbaycan və Türkiyə ilə münasibətləri sağlamlaşdırmaqdan ibarət olduğunu bildirən ekspert, yeni bir qarşıdurmanın Ermənistan üçün yeni məğlubiyyətdən başqa bir şey olmayacağını deyib:
“44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycanın Ermənistan qarşısındakı üstünlüyü hədsiz dərəcədə böyük və hərtərəflidir. İrəvana ediləcək istənilən dəstək bu fərqi aradan qaldıra bilməz. Belə olan halda Fransanın Ermənistana müxtəlif şəkildə dəstək göstərməsi, onu yeni qarşıdurmaya sövq etməsi ilk növbədə Ermənistanın özü üçün təhlükəlidir. İrəvan anlamalıdır ki, onun yeganə çıxış yolu xam xəyalalrdan əl çəkərək Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. İrəvan üçün başqa çıxış yolu yoxdur və bu, ən doğru, ən optimal çıxış yoludur”.
Seymur ƏLİYEV