Gəncədə yağışın fəsadları aradan qaldırılır

Gəncədə yağan yağışlar nəticəsində su ilə dolan ərazilərdə, o cümlədən evlərin zirzəmilərində, həyətyanı sahələrdə və küçələrdə suyun çəkilməsi işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a bildiriblər ki, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Gəncə Regional Mərkəzindən 30 nəfərdən ibarət canlı qüvvə və 14 motopompa, Dövlət Yanğından Mühafizə Xidmətindən 27 nəfər, 6 motopompa və 6 texnika cəlb olunub.

Share: