Gələn il ​​MDB üçün çətin olacaq 

“Növbəti il ​​MDB üçün çətin, lakin produktiv olacaq”.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) icra katibi Sergey Lebedev jurnalistlərə açıqlamasında deyib.

 

“Təşkilat qarşısında əməkdaşlığı gücləndirmək üçün böyük vəzifələr durur. Xarici təzyiqlər var. Lakin üzv ölkələr artıq möhkəmlənib, əlaqələr daha fəal və məhsuldar olub. Ümumilikdə növbəti il ​​MDB üçün çətin, lakin produktiv olacaq”, – deyə Lebedev söyləyib.

 

Qeyd edək ki, MDB dövlət başçılarının qeyri-rəsmi sammiti 26-27 dekabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.

Mənbə

Share: