Azərbaycanda 2021-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin həcmi açıqlanıb.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 277 655 549,0 manat vəsaitin ayrılması nəzərdə tutulur.
Belə ki, məktəbəqədər təhsil üçün 319 352 315,0 manat, ümumi təhsil üçün 1 764 680 611,0 manat, peşə təhsili üçün 51 143 908,0 manat, orta ixtisas təhsili üçün 71 043 059,0 manat, ali təhsil üçün 60 852 036,0 manat, əlavə təhsil üçün 3 415 815,0 manat, təhsil sahəsində tətbiqi tədqiqatlar üçün 5 982 239,0 manat, təhsil sahəsində digər müəssisə və tədbirlər üçün 1 001 185 566,0 manat vəsaitin ayrılması nəzərdə tutulur.