Gəmidə yanğın nəticəsində xəsarət alanlar xarici xəstəxanalara göndərilir

Avtomatik qaralama

Mayın 8-də axşam saatlarında Xəzər dənizində “İsrafil Hüseynov” borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alan “Saipem” şirkətinin 11 əməkdaşı (o cümlədən Azərbaycan vətəndaşları) Medevac – xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına göndəriləcək.

Bu barədə Trend-ə məlumat “Saipem” şirkətindən verilib.

Qeyd edək ki, əməkdaşların xəstəxanalara yerləşdirilməsi şirkət tərəfindən təşkil olunacaq.

Daha yüngül xəsarət almış 3 əməkdaşın müalicələrini davam etdirilməsi ücün öz vətənlərinə göndərilməsi nəzərdə tutulub.

Xatırladaq ki, mayın 8-də təqribən saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 15 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan 1-i evə buraxılıb.

Share: