Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində polis əməkdaşları tərəfindən uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Milletinsesi.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Gəncə şəhər sakini 55 yaşlı Elşən Məmmədov Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə stansiyasının xətt şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.
Şöbədə onun üzərində şəxsi axtarış zamanı 2 kiloqram 430 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı müvafiq polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.