Gəncədə atasını qətlə yetirməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Millətin Səsi.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində atası, 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 17 yaşlı Kənan Nağıyev saxlanılıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
***
Gəncədə yetkinlik yaşına çatmayan şəxsin törətdiyi qətllə bağlı cinayət işi başlanılıb.
Bu barədə Gəncə şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.


