Gəncədə mağaza yandıb – FOTO

Gəncədə mağaza yandıb – FOTO

Gəncədə yanğın hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Akif Nəsibova məxsus 20 kvadratmetrlik mağazada anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mağazaya bitişik olan ev yanğından mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

Mənbə

Share: