
Gəncədə baş verən bıçaqlanma hadisəsinin yeni təfərrüatı məlum olub.
Milletinsesi.az-ın Oxu.Az-a istinadən əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib. Qadının keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandığı ehtimal edilir. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Aləmdə Nəsib
Gəncədə gecə saatlarında qadın bıçaqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)Oxu.Az-a verilən məlumata görə, 1984-cü il təvəllüdlü qadın saat 02:30-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, ona döş qəfəsinin daxilə keçmiş kəsilmiş-deşilmiş yarası, ağciyərin zədələnməsi diaqnozları təyin olunub:
“Vəziyyəti orta ağır olan pasiyentin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir”.