Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində yol qəzası baş verib, xəsarət alan var.
Hadisə zamanı “Xəzər Lada” və “Reno” markalı avtomobillər toqquşub.
Nəticədə idarəetmədən çıxan “Xəzər Lada” markalı avtomobil aşıb. Nəqliyyat vasitəsinin sürücüsü, 1959-cu il təvəllüdlü A.Ələkbərov müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.