Gəncədə xəttə yeni avtobuslar buraxılıb

Gəncədə xəttə yeni avtobuslar buraxılıb

Gəncədə şəhərdaxili marşrut xətti üzrə yeni avtobuslar istifadəyə verilib.

 

Moderator.az-ın məlumatına görə, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin daşıyıcı şirkətlərlə apardığı danışıqlardan sonra mümkün olub.

 

Gəncə şəhərində ən uzun marşrut xətlərindən biri olan 4 saylı marşrut xəttinə 10 ədəd yeni və müasir avtobuslar buraxılıb. Ümumilikdə isə daşıyıcı şirkət 18 avtobus alıb. Digər avtobuslar da mərhələli şəkildə istismara veriləcək.

 

58-60 sərnişin tutumlu avtobuslar 2018-ci il istehsalıdır və ekoloji təmizdan təmizdir, “Avro 6” standartlarına cavab verir.

Mənbə

Share: